"Qarabağ"ın Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib. Sport24.az xəbər verir ki, 27 yaşlı qolkiper "Zirə"yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.

Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib. Onu 22-ci dəqiqədə Emil Balayev əvəzləyib.

Qeyd edək ki, qarşılaşmada ilk hissədə hazırda hesab bərabərdir - 1:1.