AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXVIII turunda baş verənlər müzakirə olunub.

 

"Səbail" – "Turan Tovuz" oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib. "Sumqayıt" – "Araz-Naxçıvan" matçında eyni sayda xəbərdarlıq alan meydan sahibləri də 700 manat ödəməli olacaq.

 

"Sumqayıt" məşqçisi Seymur Rəhimova görə də cəzalanıb. 90+2-ci dəqiqədə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə alan çalışdırıcı 2 oyun cəzalanıb, klubu 1500 manat cərimə edilib.