"Toluka"ya məğlubiyyətdən (2:3) sonra "Monterrey"in müdafiəçisi Serxio Ramos klubda qalıb-qalmayacağına aydınlıq gətirib. Sport24.az xəbər verir ki, ispaniyalı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Bəli - bu, Meksikadakı son oyunum idi. Məyus olduq, amma vicdanımız təmizdir - meydanda hər şeyimizi verdik. Bundan dərs çıxarmalı, ayağa qalxmalı və bunu futbolun bir hissəsi olduğunu qəbul etməliyik. Ən böyük ağrı odur ki, azarkeşlərə daha bir final verə bilmədik, çünki onlar buna hər kəsdən daha çox layiq idilər. Dəstəyinizə görə təşəkkür edirəm. İrəli, "Monterrey!"

 

Qeyd edək ki, mətbuatda yazılanlara əsasən Ramos artıq agentlərinə ona yeni klub axtarmalarını tapşırıb.