"Səbail"in yanvarda keçiriəcəyi təlim-məşq toplanışı ilə bağlı planı müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "dənizçilər" gələn ilk günlərində Türkiyəyə yollanacaqlar.

 

Şahin Diniyevin baş məşqçi olduğu komanda qardaş ölkədə olduğu müddətdə iki yoxlama matçı keçirməyi düşünür. Ancaq hələ ki, nə oyunların keçiriləcəyi tarix, nə də rəqiblər müəyyənləşməyib. "Dənizçilər" Lara bölgəsindəki "Mirakl" otelində "lövbər" salacaq.

 

Qeyd edək ki, paytaxt klubu hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Gedridə qalan 15 turdan sonra "Səbail"in aktivində 23 xal var.

RƏŞAD QASIMOV