Türkiyənin "Hatayspor" klubunda hücumçu Vensan Abubakar ilə yollar ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Forvardın müqaviləsinə xitam verilib.

 

"Hatayspor" Super Liqada 32 turdan sonra 19 xalla 18-ci sıradadır və komandanın elitanı tərk edəcəyi dəqiqləşib.