"Şamaxı" klubu itki ilə üzləşib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin legioneri Vladislav Veremeyev cəzalı duruma düşüb. 

 

Buna 26 yaşlı ukraynalı müdafiəçinin "Sabah"a 1:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının 34-cu turunun oyununda sarı vərəqə alması səbəb olub. 

 

Cari mövsüm dördüncü dəfə bu halla üzləşən oyunçu 35-ci turda "Araz-Naxçıvan"la matçda meydana çıxa bilməyəcək.