Bu gün Misli Premyer Liqasının 34-cü turu çərçivəsində daha 2 qarşılaşma keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk oyunu paytaxtda baş tutacaq.

 

Ötən tur "gümüş"ü təmin edən "Zirə" səfərdə "Səbail"in qonağı olacaq. "Qaratallar" üçün bu görüş formal xarakter daşısa da, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Səbail" üçün çox vacib oyundur. Elvin Məmmədovun çalışdırdığı kollektiv elitada qalmaq uğrunda mübarizə aparır. 

 

Qeyd edək ki, turun açılış oyununda "Sabah" dünən öz meydanında "Şamaxı"ya qalib gəlib - 3:1.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIV tur

17:00. "Səbail" - "Zirə" 0:1

Qol: Davit Volkov, 90+1

"Səbail": 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 16. Emin Rüstəmov, 10. David Qomis (k), 3. Dmitro Litvin, 7. Madi Queta, 14. Suleyman Alluş

 

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 67. Rəvan Abasov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 5. Gitay Sofir

 

Baş məşqçi: Əbdülqəni Nurməmmədov

 

"Zirə": 41. Anar Nəzirov (k), 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma

 

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 29. Ceyhun Nuriyev, 53. Şahmar Aşurov, 91. Murad Ələkbərov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 4. Ruan Renato, 70. İssa Cibrila, 18. Martins Junior, 17. Ayron Qomis

 

Baş məşqçi: Rəşad Sadıqov

 

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Bakı. "ASCO Arena".