"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

Sport24.az xəbər verir ki, Emil Martinovun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Xatırladaq ki, "dənizçilər" daha əvvəl Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də vidalaşıb.