Azərbaycan Premyer Liqasında (APL) məğlubedilməz Samir Abasov. Bəli, "Neftçi"nin ikinci dövrənin gedişində "sükanı arxası"na gətirdiyi 43 yaşlı bu mütəxəssis cari çempionatda uduzmayan yeganə baş məşqçidi. Bu isə artıq 7 matçdan ibarətdi. 

 

X tur

"Qəbələ" - "Neftçi" - 1:4

XI tur

"Neftçi" - "Zirə" - 0:0

XII tur

"Sabah" - "Neftçi" - 0:2

XIII tur

"Neftçi" - "Keşlə" - 2:1

XIV tur

"Səbail" - "Neftçi" - 1:3

 XV tur

"Qarabağ" - "Neftçi" - 1:2

XVI tur

"Neftçi" - "Qəbələ" - 1:0

 

Göründüyü kimi, "ağ-qaralar" ardıcıl 5 oyunluq qələbə seriyasına malikdi. Ən vacib məqam da məhz budur ki, bu, cari çempionatın rekordudu. Yəni, hətta son 7 mövsümün çempionu "Qarabağ" da bununla öyünə bilməz. Qurban Qurbanovun komandası "Sumqayıt" kimi bu çempionatda ən yaxşı halda ardıcıl 3 tur qələbə qazanıb. Ancaq Abasovlu "Neftçi"nin mövsümün rekordunu üçüncü dövrə başlayandan yeniləməsi göz qabağındadı. 

Məsələnin digər tərəfinə yanaşsaq, bu, "Neftçi" son dəfə nə vaxt belə uzun qələbə seriyasının olmasıdı. Məlumdu ki, Kamran Quliyev klub prezidentliyi dövründə "ağ-qaralar" çempionatı hər dəfə medalçı kimi bitirib - ilk mövsümdə bürünc, sonrakı ikisində gümüş mükafatçı. Belə uzun məğlubiyyətsiz seriya italiyalı baş məşqçi Roberto Bordinin vaxtında olmuşdu ki, komanda ilk dövrəni belə nəticəylə başa vurmuşdu. Yəni, onda da "Neftçi" ardıcıl 7 tur yenilməmiş, seriyası ikinci dövrənin startında Qəbələdə qırılmışdı - 1:3. Ancaq Bordinli "Neftçi"nin də 5 oyunluq qələbə seriyası yox, ardıcıl 4 matç qalib gəlməsi olmuşdu.

 

2018/19 mövsümü

IV tur

"Neftçi" - "Keşlə" - 2:0

V tur

"Zirə" - "Neftçi" - 1:2

VI tur

"Neftçi" - "Səbail" - 4:0

VII tur

"Neftçi" - "Sabah" - 2:0

 

2019/20 mövsümü

VI tur

"Qəbələ" - "Neftçi" - 0:3

VII tur

"Neftçi" - "Səbail" - 2:1

VIII tur

"Neftçi" - "Zirə" - 3:0

IX tur

"Sumqayıt" - "Neftçi" - 2:4

 

Tarixi vərəqləyəndə, "Neftçi"nin Premyer Liqada 5 oyunluq seriyası çempion olduğu mövsümlərə gedib. Məlumdur ki, onda komanda ardıcıl 3 il - 2001-03-də qızıl medalçı olub. Bundan sonrakı 2003/04 mövsümdə çempionluğu "Qarabağ"a uduzaraq, ümumiyyətlə, medalsız qalan - 4-cü olan "ağ-qaralar" həmin vaxt da çempionatın gedişində dalbadal 5 tur qalib gəlməyi bacarıb. 

 

2010/11 mövsümü - baş məşqçi Arif Əsədov

II tur

"Qəbələ" - "Neftçi" - 0:2

III tur

"Neftçi" - "Simurq" - 4:0

IV tur

"İnter" - "Neftçi" - 0:2

V tur

"Neftçi" - "Muğan" - 1:0

VI tur

MOİK - "Neftçi" - 0:4

 

2011/12 mövsümü - baş məşqçi Böyükağa Hacıyev

XVIII tur

"Neftçi" - "Kəpəz" - 2:0

XIX tur

"Sumqayıt" - "Neftçi" - 0:3

XXI tur

"Neftçi" - "Rəvan" - 1:0

XXII tur

"Turan" - "Neftçi" - 0:1

XIX tur (bu, sonraya təxirə salınaraq keçriilib)

"Bakı" - "Neftçi" - 1:3

 

2012/13 mövsümü - baş məşqçi Böyükağa Hacıyev

XIX tur

 "Kəpəz" - "Neftçi" - 0:3

IV tur (bu, sonraya təxirə salınaraq keçriilib)

AZAL - "Neftçi" - 1:2

XX tur

"Simurq" - "Neftçi" - 0:2

XXI tur

"Neftçi" - "İnter" - 2:0

XXIII tur

"Turan" - "Neftçi" - 2:3

 

2013/14 mövsümü - baş məşqçi Arif Əsədov

XXV tur

"Qəbələ" - "Neftçi" - 1:2

XXVI tur

"Neftçi" - AZAL - 2:1

XXVII tur

"Rəvan" - "Neftçi" - 0:1

XXVIII tur

"Neftçi" - "Xəzər Lənkəran" - 1:0

XXIX tur

"Neftçi" - "Bakı" - 1:0

 

Maraqlıdı ki, bu seriyalar məhz 5 oyundan sonra qırılıb. Deməli, Abasovlu "Neftçi" bu göstəricini daha da yaxşılaşdırmaq imkanına malikdi. Bunun üçün artıq 2 gün sonra - fevralın 25-də "Zirə"ni səfərdə məğlub etmək lazımdı. Həmin "Zirə" ki, Abasova hazırkı komandasında yeganə məğlubiyyəti yaşadıb. Bu, Kubokun 1/4 final mərhələsində "Bakcell Arena"da 0:1 hesabıyla olub ki, bundan sonra Zirədəki cavab matçında qolsuz bərabərliyə qalan "Neftçi" mübarizəni dayandırıb. 

 

 

MEHMAN SÜLEYMANOV