"Neftçi"nin qapıçısı Rza Cəfərov əvəzedici heyətə göndərilib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov qərar çıxarıb.

Azərbaycan millisinin üzvü ötən gün Əvəzedicilər Liqasında oyuna da çıxıb.

Qolkiper "Neftçi-2"nin IX turda "Qəbələ-2"yə qalib gəldiyi (2:1) görüşdə forma geyinib.

Cəfərov Samir Abasovun planlarına daxil deyil. "Çərçivə qoruyucusu"nun qışda "Kəpəz"ə icarəyə veriləcəyi gözlənilir.