AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Şamaxıda 12 yaşadək qızlar arasında "Bahar turniri" keçirilib. Sport24.az xəbər verir ki, Şamaxı şəhər stadionunda təşkil edilən turnirdə 6 komanda mübarizə aparıb.

 

T.Kərimov adına Göylər kənd 2 nömrəli tam orta məktəbin komandası turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq Şamaxı Avropa Liseyi və A.Alxanov adına Sabir qəsəbə tam orta məktəb tutub.

 

Sabir qəsəbə tam orta məktəbin şagirdi Məryəm Mustafayeva 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. Şamaxı Avropa Liseyinin şagirdi Ayan Daşdizadə ən yaxşı oyunçu, Göylər kənd 2 nömrəli tam orta məktəbin şagirdi Zəhra Quluyeva isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-15 (qızlar) milli komandasının baş məşqçisi Gülənbər Qasımova və U-17 (qızlar) milli komandasının köməkçi məşqçisi Aytac Nemətova təqdim edib.

 

Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə AFFA U-13 Qızlar liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.