Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, bununla da ilk 2 yarımfinalçının adına aydınlıq gələcək.
"Aston Villa" ilk mtçda 1:3 hesabı ilə uduzduğu PSJ-ni qəbul edəcək. "Barselona" isə ötən həftə əvvəl böyük hesabla qalib gəldiyi Dortmund "Borussiya"sının qonağı olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, digər iki qarşılaşma sabah baş tutacaq.
15 aprel
23:00. "Aston Villa" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:3
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya)
İlk oyun - 0:4