"Sumqayıt"ın düşərgəsində ab-hava pozulub. "Kimyaçılar"ın Premyer liqanın 30-cu turunda "doğma divarlar" arasında "Şamaxı"ya məğlub olması rəhbərliyi qəzəbləndirib. Sport24.az-ın əldə etdiyi məlumata görə, rəsmilər yenilgiyə görə komandanı cəzalandırıb.

 

Komandanın çıxşından narazı qalan rəhbərlik futbolçuların maaşının müəyyən hissəsinin tutulmasına qərar verib.

 

Qeyd edək ki, son turda "Şamaxı"ya 1:2 hesabı ilə uduzan "gənclik şəhəri"nin təmsilçisi hazırda 29 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.