21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoxlama oyununda üz-üzə gələcəyi daha bir rəqibin adına aydınlıq gəlib. Soprt24.az-ın əldə etdiyi məlumata görə, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Belarusun U-21 kollektivi ilə qarşılaşacaq. 

Yayda ən azı 2-3 yoxlama matçı keçirməyi planlaşdıran komandanın digər rəqibləri hələlik məlum deyil.

Qeyd edək ki, U-21 millimiz martdakı toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalib (0:0).