"İrəvan"la oyuna qələbə üçün çıxmışdıq. Oyuna yaxşı başlamadıq. Bunun nəticəsi olaraq da rəqib erkən qolla hesabı açdı.  Bundan sonra daha diqqətli oynamağa başladıq və 3 qol vurub fasiləyə üstün yollandıq. 2-ci yarıda da üstünlüyümüzü qoruduq. Oyunda qol vurmağıma sevinirəm. Amma əsas mənim fərqlənməyim yox, komandamın qələbə qazanmasıdı". Bu sözləri Sport24.az saytına açıqlamasında "Şamaxı"nın üzvü Qurban Səfərov deyib.

 

Ötən mövsüm "şirlər"in heyətində elitada çıxış edən futbolçu I Liqanın çempionu olacaqlarına inandığını da bildirib: "Mövsümün əvvəlindvə qarşımıza çempionluq hədəfi qoyulub. Şansımız var və bundan maksimum istifadə etməliyik. "Şamaxı" ilə çempion olub yenidən eLitada oynamaq istəyirəm".

 

Qeyd edək ki, hazırda aktivində 42 xal olan "Şamaxı" turnir cədvəlində ikinci pillədə qərarlaşıb

 

POLAD AZƏR