"Şahdağ Qusar" heyətinə yeni futbolçu qatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

II Liqa klubu "İmişli"dən ayrılan Ruslan Hacıyevi transfer edib. 26 yaşlı hücumameyilli futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Hacıyev "Qarabağ"ın yetirməsidir. O, Ağdam klubu ilə yanaşı, uzun müddət "Səbail"in formasını geyinib.