"Sabah" növbəti transferini reallaşdırıb. Bu haqda Sport24.az-a məlumat verən klubun idman direktoru İqor Ponomaryov "Krasnodar"ın yetirməsi olan Ruslan Pidnislyakın keçidini tam həll etdiklərini söyləyib.

Ponomaryov gənc hücumçunun, bir vaxtlar baş məşqçisi olduğu Rusiyanın "Maşuk-KMV"də çıxış etdiyini diqqətimizə çatdırıb: "Pyatiqorsku təmsil edən bu komandanın futbolçusu olub, son vaxtlarədk orda hazırlıq keçib. Üstəlik, Ruslanın Azərbaycana bağlığılı var, çünki atası azərbaycanlıdı. Ümid edirik ki, o, bizə ön xəttdə indi necə İldar Ələkbərov rəqabət yaradır, onu verəcək. Yeri gəlmişkən, İldar da bizə Rusiyanın II liqasından gəlib. Hələ Pidnistyakı ikinci komandamız üçün sifariş etmişik. "Sabah"da çıxışına orda başlayacaq, orda yavaş-yavaş onu izləməklə daha yaxından tanış olacağıq ki, özünü necə göstərəcək".

Xatırladaq ki, "Sabah-2"nin çıxış etdiyi I Divizionda yeni mövsüm bu gün başlayır. İlqar Mənsimovun baş məşqçisi olduğu komanda ilk turda son çempion "Neftçi-2"nin qonağı olacaq.