"Sabah" qapıçısı Stas Pokatilovla yeni müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, Qazaxıstan millisinin futbolçusu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti daha bir il uzadılıb.

 

Stas 2025-ci ilin yanvarından "Sabah"ın uğurları üçün çalışır. O, son mövsümdə komandamızın heyətində ümumilikdə 19 oyun keçirib.