"Sabah" futbolçusu Jarl Marqarita ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

"Bayquşlar" futbolçunun müqaviləsinə xitam verib.

 

Qeyd edək ki, Kurasao millisinin də şərəfini qoruyan yarımmüdafiəçi 2023-cü ilin yayında "Sabah"la müqavilə bağlamışdı.