"Sabah" bu gün Konfrans Liqasında mübarizəyə başlayacaq. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Hayfa "Makkabi"si ilə qarşılaşacaq.

 

İsraildəki müharibə şəraiti səbəbindən matç Macarıstanda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. Qarşılaşmanıbelçikalı hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, "Sabah"la "Makkabi" arasında cavab görüşü avqustun 1-də Bakıda olacaq.

 

Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:15. "Makkabi" (Hayfa, İsrail) - "Sabah" 0:3

Qol: Safranko, 62. Sekidika, 78. Xəyal Əliyev, 88

Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer (Hamısı Belçika)

"Varkert Sportpalya", Macarıstan

"Makkabi": 40. Şərif Keuf, 2. Daniel Sandqren, 44. Lorenso Simiç, 34. Aleksandr Sirota, 27. Pyerr Kornud, 26. Mahmud Caber, 4. Əli Məhəmməd, 11. Lior Rafaelov (k), 8. Dolev Haziza, 9. Frantzdi Pyerro, 21. Din David

Baş məşqçi: Barak Baxar 

"Sabah": 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrazabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k), 13. İvan Lepinitsa, 20. Coy Lens-Mikels, 70. Cesse Sekidika, 28. Kahim Parris, 18. Pavol Şafranko

Baş məşqçi: Krunoslav Renduliç