"Bu mənim üçün yeni çağırışdır. Burada olmaqdan çox şadam. Yeni müqavilə bağladıq. Yeni liqa, yeni komanda. Əsas hədəfim bu möhtəşəm komanda ilə uğurlar qazanmaqdır". Sport24.az xəbər verir ki, bunu "Sabah"ın yeni transferi klubun rəsmi səhifəsinə açıqlamasında Pavol Şafranko deyib.

 

Slovakiyalı hücumçu yeni liqada özünü sınamaq və çox qol vurmaq istədiyini bildirib: "Düzünü desəm mümkün olduqca çox qol vuraraq "Sabah"a faydalı olmaq arzusundayam. Mümkün qədər yüksək pillədə yer almaq istəyirəm. Məşhurlardan güclü xarakteri və çalışqanlığı ilə ən çox bəyəndiyim futbolçu Kriştiano Ronaldodur. Azarkeşlərə demək istərdim ki, stadiona gəslinlər, bizim yanımızda olsunlar. Söz verirəm ki, meydanda əlimizdən gələnin ən yaxşısını edəcəyik".

 

Qeyd edək ki, "Sabah" dünən Şafranko ilə 2 illik müqavilə imzalayıb.