"Sabah"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi məlum olub. Sport24.az xəbər verir ki, "bayquşlar" I raundda TNS-i (Uels) keçsə, növbəti mərhələdə "Vardar" (Makedoniya) – "KuPS" (Finlandiya) cütünün qalibi olacaq.
II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.