"Çətin oyun olacağını bilirdik". Bu sözləri Sport24.az-a "Sabah"ın futbolçusu İqor Noqeyra

 

Braziliyalı müdafiəçi Misli Premyer Liqasının XIV turunda "Neftçi"ni iki cavabsız qolla üstələdiklər matçla bağlı fikirlərini bölüşüb:

 

"Neftçi" kimi güclü rəqibə qalib gəlmək böyük üstünlükdür. Bu cür qələbələr bizə qarşıdakı oyunlar üçün böyük motivasiya verir. Komanda olaraq bu oyuna yaxşı hazırlaşmışdıq. Bunun bəhrəsini də meydanda gördük. Ancaq bu matç artıq geridə qalıb. Bizi qarşıda başqa vacib oyunlar gözləyir".

 

Oyunçu XV turda "Turan Tovuz" və I turdan təxirə salınmış "Qarabağ"a qarşılaşmaya da toxunub:

 

"İndi bizim qarşımızda duran əsas vəzifə bu tempi qoruyub saxlamaqdır. Növbəti oyunlarımız da çox çətindir. Lakin çempionatda bütün oyunlar çətin keçir. Biz isə hər oyuna qələbə üçün çıxacağıq. Qarşıdakı oyunlarda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".