"Sabah" Sloveniyada keçirilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçında qüvvəsini sınayıb.

Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşıb.

Azərbaycan təmsilçisinin üstünlüyü ilə keçən oyunda qapılara qol vurulmayıb. Krunoslav Renduliçin komadası ilk yoxlama matçında yerli "Koper"ə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Sabah"ın iyulun 13-də Ukryananın "Krivbass" və 4 gün sonra isə Polşanın "Rux" klubları ilə üz-üzə gələcək.