"Fluminense" yetirməsi olan Hiqor Qabriel karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan "Sabah" braziliyalı mərkəz müdafiəçisini düşərgəyə dəvət edib.

Hiqor dünən “Zarya”ya (1:1) qarşı keçirilən yoxlama matçının da iştirakçısı olub. Məşqçilər korpusunun etimadını qazanarsa, onunla müqavilə imzalanılacaq.

​Xatırladaq ki, Qabriel keçən ilin sentyabrında Bakıya gələrək komandanın düşərgəsində bir müddət baxışda olmuşdu.