"Qələbə qazanmaq istəyirdik. Yığmada istək var idi. Azarkeşlərmiz də möhtəşəm idi. Onların dəstəyi çox xoş idi və meydanda bunu hiss edirdik". Bu sözləri Sport24.az-a açıqlamasında millimizin futbolçusu Rüstəm Əhmədzadə deyib.
25 yaşlı futbolçu evdə İslandiyaya uduzduqları (0:2) DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb:
"Oyuna yaxşı köklənmişdik. İslandiyaya qarşı oyunda ən azı bir xal qazanmağı arzulayırdıq. Təəssüf ki, bəzi məqamlarda bəxtimiz gətirmədi, ona görə alınmadı".
Əhmədzadə noyabrın 13-də Fransaya qarşı keçirəcəkləri qarşılaşmaya da toxunub:
"Fransaya qarşı matç qrupda son matçımız olacaq. Evdə oynayırıq, ölkə, azarkeşlər üçün oynamalıyıq. Fransa kimi komandaya qarşı bacardığımızı maksimum göstərməli və tamaşaçıları sevindirməyə çalışmalıyıq".
Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da keçiriləcək və görüşə 21:00-da start veriləcək.