"Bu gün meydanda yaxşı mübarizə aparıb azarkeşlərimizi sevindirdik. "Şerif"ə məğlubiyyətdən sonra bu qələbəyə böyük ehtiyacımız var idi". Bu sözləri Sport24.az-a açıqlamasında "Zirə"nin futbolçusu Rüstəm Əhmədzadə deyib.


Hücumçu matç barədə fikirlərini bölüşməklə yanaşı,  öz çıxışını da dəyərləndirib: "Meydana sonradan daxil oldum. Özümü yaxşı tərəfdən göstərib qol vurmaq və komandama fayda vermək istəyirdim. Rəqib qapıçını məyus edə bilməsəm də, əsas odur ki, qələbə qazandıq. Təbii ki, 4:0 hesabı ilə qələbə hələ heç nə demək deyil. Artıq bu matçın nəticəsini unudub səfər oyununa hazırlaşmalıyıq. Rəqib həm evdə oynayır, həm də çılğın azarkeşlərə sahibdi. Slovakiyada bizə asan olmayacaq".

 

Qeyd edək ki,  "Dunayska Streda" – "Zirə" arasında baş tutacaq cavab qarşılaşması iyulun 31-də keçiriləcək.


ABDULLA İSMAYILOĞLU