Geridə qoyduğumuz yay fasiləsi zamanı "Neftçi"dən ayrılaraq "Ximki"yə transfer olan Reziuan Mirzov baş məqşçisi Frank Artiqa barədə danışıb. Sport24.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi, baş məşqçisindən razı olduğunu və onun futbolu yaxşı bildiyini deyib:

 

"Onunla işləmək xoşdur. Adam futbolu başa düşür, hansısa qadağa qoymur, onu sadəcə irəli atmağa məcbur edir. Özü də yaxşı insandır. Aydın məsələdir ki, kiminsə futbol baxımından nəsə əskikliyi ola bilər, amma yenə də insan amili həmişə ön plana çıxır və o, həmişə uğrunda mübarizə aparmaq, oynamaq istədiyim insandır. O, mehriban, pozitiv, açıqdır və belə bir insanla işləmək həmişə xoşdur".

 

Qeyd edək ki, Mirzov 2023/24 mövsümündə "Neftçi"nin heyətində çıxış edib.