“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada 50-ci oyununu keçirib. Sport24.az xəbər verir ki, braziliyalı müdafiəçinin yubileyi XXVII tura təsadüf edib. 29 yaşlı cənubi amerikalı legioner “Şamaxı” ilə ev görüşündə 90 dəqiqə şans qazanıb.

Ruan Premyer Liqadakı 50 matçda 3 qol vurub. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında ən azı 50 görüş keçirən 35-ci futbolçu olub.

Xatırladaq ki, Renato 2021-ci il avqustun 15-də Premyer Liqada ilk oyununa çıxıb. O, “Neftçi” ilə səfər qarşılaşmasında (2:2) şans qazanıb.