AFFA-nın keçirdiyi Region Liqasında V və VI turun matçlarının cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, qarşılaşmaların demək olar hamısı bir gündə baş tutacaq.
Yalnız bağlanış oyunu - "Davam" - "Şahdağ" (Quba) görüşü dekabrın 14-də keçiriləcək. Qalan 10 oyun isə bu şənbə olacaq.
Paytaxt və Şimal zonasının B qrupunda komanda sayı cəmi 4 olduğuna görə burda matç sayı azdı və bu üzdən turlar iki həftədən biri keçirilir. Yəni, orda hələ V turdursa, digər zonalarda və qruplarda artıq VI tur startına hazırlaşır.
Mərkəzi matçlar iki zonada olacaq. Mərkəz zonasının lideri "Füzuli" əsas rəqiblərindən olan "Ağsu Siti"ni qonaq edəcək. Ancaq doğma Horadiz yox, Şağan qəsəbəsində. Qərb və Şimal-Qərb zonasının lideri olan Mingəçevir "Energetik"i isə qonşu rayon Yevlaxa səfər edərək "Karvan"ın qonağı olacaq. Meydan sahibləri rəqibini cari mövsümdə ilk məğlub edən komanda olarsa. xal sayında ona çataraq liderliyinə şərik çıxacaq.
№ |
Zona |
Oyun |
Tarix |
Saat |
Tur |
Meydança |
1 |
Mərkəz |
Füzuli-Ağsu Siti |
11.12.2021 |
13:00 |
VII tur |
Şağan OİK |
2 |
Paytaxt |
Cəbrayıl FK-İrəvan FK |
11.12.2021 |
14:00 |
V tur |
Binə stadionu |
3 |
Qərb |
Gəncə-Göyəzən PFK |
11.12.2021 |
14:00 |
VII tur |
Gəncə Mərkəzi st. |
4 |
Paytaxt |
Şirvanovka-Mübariz |
11.12.2021 |
14:30 |
VII tur |
Şirvanovka st. |
5 |
Qərb |
Şəki-Ağstafa FK |
11.12.2021 |
15:00 |
VII tur |
Şəki ş. stadionu |
6 |
Qərb |
Karvan FK-Energetik PFK |
11.12.2021 |
15:00 |
VII tur |
Yevlax ş. stadionu |
7 |
Mərkəz |
İmişli-Araz (Saatlı) |
11.12.2021 |
15:00 |
VII tur |
İmişli ş. stadionu |
8 |
Cənub |
Astara-Qobustan FK |
11.12.2021 |
15:00 |
VII tur |
Rüdəkənar stadionu |
9 |
Paytaxt |
Qusar FK-Dirçəliş |
13.12.2021 |
14:00 |
VII tur |
Siyəzən ş. stadionu |
10 |
Mərkəz |
İsmayıllı FK-Mil FK |
13.12.2021 |
14:30 |
VII tur |
İsmayıllı OİK |
11 |
Paytaxt |
Davam-Şahdağ(Quba) |
14.12.2021 |
13:00 |
V tur |
Kapitalbank Arena |