AFFA-nın layihəsi olan Region Liqasında 2021/22 mövsümünə bu gün start veriləcək. Sport24.az xəbər verir ki, bu turnirdə mübarizə 19 aydan sonra davam edəcək. Bu yerdə bildirək ki, keçən mövsüm olan 2020/21 də məhz koronavirus pandemiyasına görə martda ölkəmiz karantin rejiminə keçəndə yarımçıq dayandırılmışdı. 

Tur bu dəfə 3 gündə keçiriləcək. İlk oyun günündə 4 görüş olacaq. Çempionata İsmayıllıda start veriləcək. Region Liqasının debütantı "İsmayıllı" doğma meydanda 2-3 illik fasilədən sonra bu yarışa qayıdan "Füzuli"ni qəbul edəcək.  

Xatırladaq ki, Region Liqası AFFA tərəfindən həvəskarlardan ibarət komandalar arasında 2017-ci ildən keçirilən turnirdi.

 

Region Liqası, 2021/22 mövsümü

İlk tur

Zona

Oyun

Tarix

Saat

Tur

Meydança

1

Mərkəz

İsmayıllı FK-Füzuli FK

30.10.2021

14:00

I tur

İsmayıllı OİK

2

Mərkəz

İmişli-Mil FK

30.10.2021

15:00

I tur

İmişli ş. stadionu

3

Cənub

Astara-Xan Lənkəran

30.10.2021

15:00

I tur

Rüdəkənar stadionu

4

Paytaxt

Şirvanovka FK-Dirçəliş FK

30.10.2021

15:00

I tur

Şirvanovka stadionu