Silvio Berluskoninin ailəsinə məxsus "Fininvest Holdinq" "Monza"nı ABŞ-ın "Beckett Layne Ventures" fonduna satıb. Sport24.az xəbər verir ki, bu barədə holdinq press-reliz yayıb:

 

"Sövdələşmədə bu ilin yayına qədər səhmlərin 80%-nin ilkin transferini, qalan 20%-nin isə 2026-cı ilin iyun ayına kimi təhvil verilməsi nəzərdə tutulub".

 

"Gazzetta dello Sport"un məlumatına görə, müqavilənin dəyəri təxminən 30 milyon avrodur.

 

Qeyd edək ki, "Monza" 2024/25 mövsümünün sonunda A Seriyasında sonuncu yeri tutub və B Seriyasına düşüb. Berluskoni ailəsi 1986-2017-ci illərdə də "Milan"ın sahibi olub.