"Give me Sport" portal dünyanın ən yaxşı 20 məşqçisinin siyahısını dərc edib. Sport24.az xəbər verir ki, reytinq bir neçə amil, o cümlədən qazanılan kubokların sayı, son nailiyyətlər, vəzifədə qalma müddəti və gözləntilərlə müqayisədə nəticələr əsasında formalaşıb.
Birinci yerdə İngiltərənin "Mançester Siti" klubuna başçılıq edən ispan Xosep Qvardiola qərarlaşıb.
Ən yaxşı məşqçilərin tam siyahısı:
1. Xosep Qvardiola (İspaniya) – "Mançester Siti"
2. Luis Enrike (İspaniya) - PSJ
3. Arne Slot (Niderland) – "Liverpul"
4. Simone İnzaqi (İtaliya) – "Əl-Hilal"
5. Karlo Ançelotti (İtaliya) - Braziliya millisi
6. Hans-Diter Flik (Almaniya) – "Barselona"
7. Antonio Konte (İtaliya) – "Napoli"
8. Xabi Alonso (İspaniya) – "Real"
9. Dieqo Simeone (Argentina) – "Atletiko" (Madrid)
10. Mikel Arteta (İspaniya) – "Arsenal"
11. Unai Emeri (İspaniya) – "Aston Villa"
12. Lionel Skaloni (Argentina) – Argentina millisi
13. Didye Deşam (Fransa) - Fransa millisi
14. Tomas Tuxel (Almaniya) - İngiltərə millisi
15. Julian Nagelsmann (Almaniya) - Almaniya millisi
16. Luis de la Fuente (İspaniya) - İspaniya millisi
17. Can Piero Qasperini (İtaliya) – "Roma"
18. Eddi Hou (İngiltərə) – "Nyukasl"
19. Nuno Espirito Santo (Portuqaliya) – "Nottingem Forest"
20. Luçano Spalletti (İtaliya) - İtaliya millisinin sabiq baş məşqçisi