Madrid "Real"ının əfsanəvi hücumçusu Raul Qonzales Bundesliqa
klubunun baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki,
bu barədə "Bild" məlumat yayıb.
Xerardo Seoanenin qovulmasından sonra Münhenqladbax
"Borussiya"sının rəsmiləri ispaniyalı mütəxəssislə əlaqə saxlayıb.
Qeyd edək ki, 48 yaşlı Raul ötən mövsüm 6 mövsüm çalışdığı
"Kastilya"dan ayrılıb.