"Araz-Naxçıvan"ın futbolçusu Ramon Maçado "Neftçi" ilə heç-heçə etdikləri Misli Premyer Liqasının VIII turunun oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az müsahibəni təqdim edir.
- Matç haqqında nə düşünürsünüz?
- "Neftçi"yə qarşı matç həmişə çətin olur. Heyətlərində güclü futbolçular var. Çempionat uzun marafondur. Bunu nəzərə alsaq, ağır "Neftçi" səfərindən bir xalı bizim üçün sərfəli hesab etmək olar.
- Rəqibin ikinci qolunda hakimin qərarına münasibətiniz necədir?
- Hakimlər haqda danışmağı sevmirəm. Epizoda tam baxmamış fikir bildirə bilmirəm. Amma ilk baxışdan ofsayd olduğu görünürdü.
- Keçən mövsümə nisbətən daha az oynayırsan. Səbəbi nədir?
- Bəli, çünki Türkiyədə təlim-məşq toplanışı zamanı "Trabzonspor"a qarşı oyunda zədələnmişdim. İndi özümü yaxşı hiss edirəm və komandaya kömək edə bilərəm. Ümid edirəm ki, keçən mövsüm kimi yaxşı iş görəcəyəm.
- Komanda olaraq Naxçıvanı ziyarət etdiniz. O barədə nə deyə bilərsən?
- Bəli, Naxçıvana səfər etdik. Yaxşı atmosfer yaranmışdı. Komanda ilə görüşə çoxlu insan gəlmişdi. Ən böyük arzumuz ev oyunlarımızı Naxçıvanda keçirməkdir. Bunun nə vaxt həyata keçəcəyini deyə bilmərəm. Ümid edirəm bu tez bir zamanda olar.