İspaniyada "Atletik" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb. Sport24.az xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi İqor Payaç olacaq. Ona Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.
VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San olacaq.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.