Misli Premyer Liqasında VIII turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, altı matçda ümumilikdə 6371 tamaşaçı qeydə alınıb.

"Şamaxı" - "Kəpəz" (1:4) görüşündə 500, "Turan Tovuz" - "Qarabağ" (1:2) duelində 1000, "İmişli" - "Qəbələ" (2:2) oyununda 100, "Sumqayıt" - "Karvan-Yevlax" (4:1) matçında 1000, "Sabah" - "Zirə" (3:0) qarşılaşmasında 971, nəhayət "Neftçi" - "Araz-Naxçıvan" görüşündə 2800 fanat olub.

Qeyd edək ki, Misli Premyer Liqasında IX tur oktyabrın 24-də start götürəcək.