Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçirilib. Sport24.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər veri ki, ATF-in məşq zalında təşkil olunan imtahana 18 nəfər qatılıb.
İdmançılardan 10-u birinci, 8-i isə ikinci dan üzrə imtahanlarda iştirak edib.
İmtahan federasiyanın texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib. İmtahanda ATF-in Baş katibi Aygül Abdullayeva da iştirak edib.