"İrəvan" - "Şamaxı" matçı ilə I Liqada XXII tura start verilib. Meydan sahiblərinin məğlub olduğu oyundan sonra qonaqların baş məşqçisi Ramiz Məmmədov Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

 

- Öncə matçla bağlı fikirlərinizi bölüşərdiz...
- Bir çox vacib oyunlarda qızıldan qiymətli xallar itirmişik. Yuxarı pillələrdə qərarlaşmaq üçün bu qələbəyə çox ehtiyacımız var idi. "İrəvan" da son oyunlarda özünü yaxşı tərəfdən göstərir.
Onlar ötən tur səfərdə çempionluğa iddialı "İmişli"yə başağrısı oldu və yalnız oyuna əlavə olan son dəqiqələrdə qol buraxıb məğlub oldular. Bu gün də Qərbi Azərbaycan təmsilçisi ilk dəqiqələrdən bizə güclü müqavimət göstərdi və hesabı onlar açdı. Son dəqiqəyə kimi rəqib fərqlənməyə çalışırdı. Nazim Süleymanovun komandası bir daha göstərdi ki, güclü rəqibdi və istənilən komandanı büdrədə bilərlər.


- Xal və ya xallar itirdiyiniz bəzi oyunlarda fərqlənmək üçüç xeyli qol şansınız olsa da, son nöqtəni qoymaqda çətinlik çəkirsiz. Bunun səbəbi nədir?
- Bu barədə nəsə deməyə çətinlik çəkirəm. Elə ötən turda "Mingəçevir"lə oyunda da çoxsaylı şanslarımızdan yararlana bilmədik. Buna baxmayaraq, futbolçurım çox çalışırlar. Hətta qol hesablarını artırmaq istəyənlər də var. Sadəcə, alınmayanda alınmır.


- Bu gün ehtiyac olmadığı halda qapıçını əvəzlədiz. Səbəb?
- Bacardığımız qədər əlimizin altında olan oyunçuların hər birinə şans vermək, onların keyfiyyətlərini üzə çıxarmaq istəyirik. Odur ki, Sahib Həsənovun da oynamasına şərait yaratdıq. Oyuna da pis qoşulmadı. Oyunçularımızın inkişafında və daha güclü komandalara keçidlərində maraqlıyıq.


- Sona 5 tur qalır, çempionluq yarışında finişə birinci çatacağınıza inanırsız?
- Nə olursa-olsun, mübarizəmizdən və iddiamızdan əl çəkən deyilik. Qarşıdakı 5 oyunun hər birinə sonuncu matçımız kimi yanaşacağıq və kollektiv olaraq inanırıq ki, çempion biz olacağıq.


- Son günlər növbəti mövsümdə elitada komanda sayının artcağı ilə bağlı söz-söhbət dolaşır. Siz bu məsələ barədə hansı fikirdəsiz?
- AFFA-nın yeni rəhbərliyinə uğurlar arzu edirəm. Onların atacağı addımı müzakirə etmək səlahiyyətim yoxdu. İstənilən halda veriləcək qərarlara hörmətlə yanaşacam.


ABDULLA İSMAYILOĞLU