"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XVII turunda "Sabah"la səfərdə 1:1 hesabıyla nəticələnən matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.

- Bəlkə də bu, bizim üçün bir imtahandı. Çünki klub olaraq bu vəziyyətdən çıxmaq istəyirik və onun yollarını axtarırıq. Əlbəttə, futbolçular çox çalışırlar - həm məşqdə. həm də iclasda. Tam bu oyunu götürsək, ilk hissəni "Sabah"ın aktivinə yazmaq olar. Ancaq ikinci hissəylə bağlı bunu deməzdim. Fasilədən sonra daha çox istəkli idik, topa daha çox sahib olduq, qol da vurduq, Əlbəttə, üzücüdü son saniyələrdə qol buraxmaq. Bu, futbolçulara çox pis təsir göstərdi. Çalışacağıq ki, onları bu psixoloji durumdan çıxaraq. Əlbəttə, hər iki komandanın durumu göz qabağınbdadı. Mübarizəli, çəkişməli oyun oldu. İstənilən halda, səfərdən xaslız dönmədik. Uşaqlar gərək bunu dərk eləsinlər ki, əliboş qayıtmırıq. Psixoloji cəhətdən ayaq üstə durmağı bacarmalıyıq.

- Komandada qol vurandan sonra arxayınlıq oldumu?

- Qol buraxrırıqsa, əlbəttə, hər hansı səhvlər etmişik. Ancaq arxayınlaşma deməzdim. Çünki futbolçularımız qələbəyə həddən artıq istəkli idilər, bunun üçün vuruşurlar. Ancaq ani bir vəziyyətdə boş oyunçu oldu cərimə meydanımızda və qapımıza yol tapdı. Bunu analiz edəcəyik və əlbəttə, zamanımız olacaq ki, bunu aradan qaldıraq. 

- Sezar Meza Kollini tez əvəzlədiyinizi düşünmürsüz?

- Onu tez çıxarmaq istəmirdim. Ayağında ağrı hiss etdiyi üçün əvəzlənməsini özü istədi. Geniş heyətimiz yoxdu. Sezarın əvəzlənmək istəməsi planlarımıza daxil deyildi.