"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VIII turunda "Sumqayıt"la ev matçını tribunadan izləyir. Sport24.az xəbər verir ki, 51 yaşlı mütəxəssis görüşü fəxri tribunadan yox, öz ehtiyat oyunçular skamyasınıın yuxarısındakı tribunadan seyr edir.

Qurbanov həmin sektorda əyləşdiyindən orda tamaşaçılar yer almayıb.

Ağdam təmsilçisinin 2-ci qolu çox gözəl kombinasiyanın yekununda vuruldu və təcrübəli mütəxəssis biganə qalmayaraq, komandasını alqışladı. Bu yerdə boldirək ki, meydan sahiblərinin hər 2 qolunun müəllifi braziliyalı hücumçu Olavio Juninyodu 

Xatırladaq ki, Qurbanov 1 oyunluq cəzalı olduğundan növbəti turda "Neftçi"ylə evdəki görüşdə "texniki zona"da olacaq.