Premyer Liqanın V turunda "Qarabağ" səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub edin. Sport24.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

- "Öncə "Zirə"nin bütün kollektivinə Konfrans Liqasında əzmkar çıxış edib pley-offa qədər irəlilədikləri üçün təşəkkür edirəm. Bir azərbaycanlı olaraq onlarla qürur duydum. Oyuna gəlincə, bu gün hər iki komanda meydanda mübariz oyun sərgilədi. Hər iki kollektivin uğur qazanmaq üçün şansları vardı. Sadəcə, biz bir qədər daha çox istirahət etmişdik.

 

- Avroliqa yeni formatda təşkil olunacaq. Bu bizə nə qazandıracaq?
- Maraqlı formatdı, 8 fərqli komandaya qarşı oynayacağıq. Hər biri səviyyəli klublardı. Uğur qazanmağa çalışacağıq. Ölkəmizi layiqincə təmsil etmək istəyirik. Düşünürəm ki, azarkeşlərimiz futboldan zövq alacaq.

 

- UEFA-dan daxil olan pulu necə xərcləyəcəksiz?
- Pul elə bir şeydi ki, gəlir və dərhal gedir (gülür). 4 səfərimiz, çarter reysləri, qalmağımız, otel məsrəfləri, qonaqlar və s. xərclərimiz var. Onları qarşılamağa çalışacağıq. Qısası gəlirimiz "Qarabağ" camiəsindən başqa heç yerə xərclənməyəcək.

 

- Əvvəlki Juninyo görünmür. Sanki onda laqeydlik var...
- Ola bilər bir qədər diqqətsizliyə yol verir. Amma ümumən götürəndə onun çıxışından razıyıq. Futbolçularımızla daim performansını artırmaq üçün həm fərdi söhbətlər edirik, həm də intensiv məşqlər keçirik. Son oyunlarda qol vura bilmir, ola bilər bu da bir qədər ona təsir edir. Buna baxmayaraq Juninyoya güvənimiz dəyişməyib.

 

- Avropa Liqasına qayıdaq hansı komandalarla evdə oynamaq istərdiz?
- Azarkeşlərimiz üçün top-liqa təçsilçiləriylə burda oynamaq istərdim. Amma oyun olaraq fərq etmir.

 

- Addai bu gün debüt etdi və qol vurdu. Onun barəsində nə deyərdiz?
- O, 3-4 ay idi oynamırdı. Bu gün ilk matçı idi. Odur ki, onun debütündən razı qaldım. Çempionatımızın mentalitetinı uyğunlaşdıqca daha yaxşı formaya düşəcəyinə inanıram.

 

- "Toterhem"in oyunu İngiltərəyə gedib canlı izləməyi planlaşdırırsız?
- Hər bir rəqibimizin oyunlarını yaxından izləyib təhlil aparmaqda maraqlıyam.