Macarıstanın "Fehervar" klubunun gürcü hücumçusu Budu Zivzivadze "Qarabağ"a mümkün transferi müzakirə olunur. Sport24.az xəbər verir ki, millisinin üzvü olan 28 yaşlı forvard məsələ ilə bağlı yerli mətbuata açıqlama verərək hazırda transfer haqda danışmaq istəmədiyini bildirib: "Transfer dönəmi avqustun sonuna qədərdi. Həm mənə, həm kluba uyğun bir təklif olsa, dəyərləndirə bilərəm. Lazım olsa qalacam, lazım olsa, gedəcəm. Lakin hazırda sırf hansısa klubla danışıqlar getmir. Hazırda özümü xoşbəxt hiss edirəm və bu, mənə kifayətdi".
Zivzivadze 2020-ci ilin yayından "Fehervar"da çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayına kimidi. Budu bu yay Konfrans Liqasında "Qəbələ"yə qarşı hər 2 matçda oynayaraq 2 qol vurub.