"Qəbələ" Premyer Liqamızda yaranacaq iki aylıq dövrlərarası fasilə müddətində qış hazırlığını Azərbaycan daxilində keçirməyi planlaşdırır. Bu haqda Sport24.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, klublarımızın əksərinin qışda yollandıqları Türkiyənin Antalya şəhərinə, ümumiyyətlə, ölkə xaricinə üz tutmaq fikrində deyillər. Əzizov bunu maddi amillərlə əlaqələndirib. Baş menecer təlim-məşq toplanışının Qəbələdə, yoxsa Bakıda keçirəcəklərinin hələ dəqiqləşmədiyini, detalların yaxın zamanda bəlli olacağını vurğulayıb.

Xatırladaq ki, "Qəbələ" yayda da maddi amillərlə əlaqədar ölkə daxilində hazırlıq keçib.