"Andrey Strijak mövzusunda hələ bu danışmamışıq. Çempionat bitəndən sonra götür-qoy edəcəyik ki, hansı mövqelərlə davam edək, hansılarda güclənək". Bu sözləri Sport24.az-aa açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis "qırmızı qaralar"la müqavilə müddəti başa çatan, əsas heyətdə möhkəmlənə bilməyərək çox az oynaya ukraynalı yarımmüdafiəçi Andrey Strijakın komandadakı taleyindən söz açıb: "Biz onu götürəndə sırf ehtiyatda oturmaq üçün götürməmişdik. Komandaya dəstək olmasını gözləyirdik. Çempionat uzun idi və hansısa periodda köməyi dəyə bilər. Feras və Asifin yoxluğunda düşünürəm ki, Emil Səfərov daha üstün olduğundan onun üzərində dayanırıq. Final oyunundan sonra bu barədə danışmaq olar".

 

 

MEHMAN SÜLEYMANOV