"Qəbələ" yeni transfer etməyə hazırlaşır. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, komandanın baş məşqçisi Elmar Baxşıyev bunun reallaşmasının yaxın vaxtda gözlənildiyini açıqlayıb: "Yaxın günlərdə heyətimizə bir yeni futbolçu qatacağıq. Mövqeyi hüciumameyilli futbolçudu. Sadəcə, müqavilə hələ imzalanmadığına görə ad çəkə bilmirəm".

"Neftçi"nin yollarını ayırmaq fikrində olduğu braziliyalı cinah yarımmüdafiəçisi Gilyerme Patonun adı qış fasiləsində "Qəbələ" ətrafında hallanırdı. Baxşıyev buna da son nöqtəni qoyub: "Yox, bu, Pato deyil. Ümumiyyətlə, Azərbaycanda oynamamış legionerdi".

 

MEHMAN SÜLEYMANOV, Qəbələ