"Qəbələ"ni daim izləyirəm. Komandanın əvvəlki həftələrdə Premyer Liqaya vəsiqə qazandığını da bilirəm". Bu sözləri Spor24.az-a açıqlamasında "qırmızı-qaralar"ın sabiq futbolçusu Yurgen Qoxa deyib.

32 müdafiəçi bölgə təmsilçisinin yenidən elitaya yüksəlməsi ilə bağlı danışıb:

"Mən bunu eşidəndə çox şad oldum. Komandaya sevgim böyükdür".

Albaniyalı oyunçu "Qəbələ"nin iddialı ola biləcəyini də söyləyib:

"Klub prezidentinə (red-Fariz Nəcəfov) inanıram. Komanda qarşıdakı illərdə kubok və çempionluq üçün mübarizə apara bilər. Onlara uğurlar arzulayıram".

Qeyd edək ki, Yurgen Qoxa 2020/2021 mövsümündə "Qəbələ"nin formasını geyinib.