"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb.
Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Qırmızı-qaralar" Feras Abu Akalla vidalaşıb. 27 yaşlı israilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2022-ci ilin iyulundan "Qəbələ"də çıxış edən legioner 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.