Premyer Liqamızın XVII turunun açılış matçı olan "Qəbələ" - "Sumqayıt" görüşü baş tutacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, qonaq komanda artıq Qəbələyə yollanaraq, sabahkı matçın keçiriləcəyi şəhər stadionunda saat 16:00-da məşqə çıxacaq. "Gənclik şəhəri"nin təmsilçisi "Qəbələ" oteldə məskunlaşacaq. 

Bu yerdə onu bildirək ki, hazırda Qəbələdə də qarlı-şaxtalı hava hökm sürür, havanın temperarutu mənfidi. Sadəcə, əsas meydançada qızdırıcı sistem olduğundan, təbii ot örtüyü olan qazonda heç bir problem yoxdu və futbol matçı keçirilə bilər.

"Qəbələ" dünən günün ilk yarısında, hava yaxşı olanda doğma məkana yollanaraq hazırlığını orda davam etdirir. Elmar Baxşıyevin komandası bu gün rəqib komandanın ardından Qəbələdə son məşqə çıxacaq. Sadəcə, onu nəzərə alaq ki, "qırmızı-qaralar"ın baş məşqçisi AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalı olduğundan, sabah saat 15:00-da başlayacaq qarşılaşmanı tribunadan izləyəcək. 

Xatırladaq ki, PFL qarlı hava şəraiitnə görə I Divizionda bu gün bir çox matçı təxirə salıb, Premyer Liqada sabah Bakıdakı görüşlərlə bağlı yekun qərarını hələ verməyib. "Sabah" - "Keşlə", "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" oyunlarının da eyni gündə keçirilməsi nəzərdə tutulub.