Misli Premyer Liqasının IX turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "Sumqayıt"ı qonaq edir.

 

Hazırda aktivində 13 xal olan "qartallar" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıbsa, "kimyaçılar" 14 xalla 5-cidir. Rəşad Sadıqovun yetirmələri liderlər qrupundan uzaq düşməmək və ötən həftə "Sabah"dan alınan məğlubiyyəti unutdurmaq üçün 3 xalı hədəfləyib. "Sumqayıt" üçün səfərdə qazanılacaq 1 xal da qənimət hesab olunacaq.

 

Qeyd edək ki, tura sabah keçiriləcək - "Qəbələ" - "Neftçi" və "Qarabağ" - "Şamaxı" matçları ilə yekun vurulacaq.